Rusiyanın Ukrayna işğalı səbəbi ilə İtaliya da Almaniya və Fransadan sonra rus diplomatlarını ölkədən deportasiya etmək qərarına gəlib.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Luici Di Mario İtaliyanın təhlükəsizliyi üçün belə bir qərarın verildiyini açıqlayıb.
Rusiyanın Xarici İşlər nazirinin sözçüsü Mariya Zaxarova isə məsələ ilə bağlı “Lazımi cavab veriləcək” deyə açıqlama verib.
//Editor.az

