İkitərəfli ticarət tariflərinin tətbiqi Qərb ölkələri arasında ticarət müharibəsinə səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu açıqlama ilə İtaliyanın baş naziri Giorgia Meloni çıxış edib.
O, Qərbdəki ticarət müharibəsinin “qlobal çağırışlar qarşısında” müttəfiqləri zəiflədəcəyini iddia edir.
“Avropanın öz iddiasını irəli sürmək və ədalətli və ağlabatan razılaşma əldə etmək üçün iqtisadi və maliyyə gücü var”,-deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl AB və Meksikadan gələn mallara avqustun 1-dən etibarən 30 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.Tramp bu ölkələrin rəsmiləri oxşar qərar verərsə, ştatların tariflərinə “bu məbləği” əlavə edəcəyini bildirmişdi.
Almaniya kanslerinin müavini və maliyyə naziri Lars Klinqbeyl Aİ-ABŞ ticarət mübahisəsinin tez bir zamanda həll edilməsinə çağırıb və deyib ki, tarif danışıqları uğursuz olarsa, Vaşinqtona qarşı “güclü” əks tədbirlər görülməlidir.
//Gülnarə Abasova, Editor.az

