İtaliya Azərbaycan əleyhinə bəyanatla çıxış edən Fransanın xarici işlər naziri Staffan Sejournetin ünvanına kəskin fikirlər səsləndiribbackend

İtaliya Azərbaycan əleyhinə bəyanatla çıxış edən Fransanın xarici işlər naziri Staffan Sejournetin ünvanına kəskin fikirlər səsləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Cirielli ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında Azərbaycan əleyhinə bəyanatla çıxış edən Fransanın xarici işlər naziri Staffan Sejournetin ünvanına kəskin fikirlər səsləndirib.

Editor.az bildirir ki, bu barədə məlumatı İtaliyanın “Giornalediplomatico” portalı yayıb. Cirielli üçüncü ölkələrin bu cür bəyanatlarının bölgədə gərginliyi artıra biləcəyini vurğulayıb. Bundan əlavə, nazir müavini vurğulayıb ki, Azərbaycan bu il COP29 beynəlxalq konfransına ev sahibliyi edir və bu məsələyə məsuliyyətlə yanaşır.

Ona görə də Fransa xarici işlər nazirinin bəyanatı yersizdir: “Fransa Respublikasının Xarici İşlər Naziri Stefan Sejournenin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi bəyanatlar, şübhəsiz ki, vəziyyətin həlli üçün əlverişli deyil. Fransa naziri Sejournet bunu etsəydi, bölgədə sülhün bərqərar olması üçün sağlam düşüncə ilə irəliləyən bir çoxunun səylərinə zərər verməmək baxımından məqsədəuyğun və faydalı olardı”. – Edmondo Cirielli vurğulayıb.

//Samir Qurbanov, Editor.az