İtaliya-Azərbaycan münasibətləri: “Bu iki ölkə arasındakı münasibətlər bütün qlobal maneələrdən üzü ağ çıxıb”backend

İtaliya-Azərbaycan: “Bu iki ölkə arasında münasibətlər bütün qlobal maneələrdən üzü ağ çıxıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq üzərinə qurulub. Bu iki ölkə arasındakı münasibətlər bütün qlobal maneələrdən üzü ağ çıxıb. Müharibə dövründə də bu münasibətlər öz sarsılmazlığını layiqincə göstərib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın bütün xarici siyasətdəki prinspial mövqeyi regional dövlətlərlə yanaşı dünya üçün də nümunə olmalıdır:

“Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə 3 gün davam edən İtaliya səfəri hər mənada tərəflərə faydalı olacaq. Cənab Prezident İlham Əliyevin güclənən siyasi kursu Azərbaycanı Avropa və Asiya üçün itirilməsi mümkün olmayan tərəfdaşa çevirib. Dövlətimizin gündən-günə yenilənən və inkişaf edən xarici siyasət xətti Azərbaycanı Avropa və Asiya arasında həm iqtisadi, həm də tranzit vasitəçiyə çevirib. Həmçinin, həm Azərbaycan, həm də İtaliyanın artan beynəlxalq nüfuzu onların tərəfdaşlığının möhkəmlənməsində mühüm rol oynamışdır”.

Millət vəkili qeyd edib ki, bu gün İtaliya Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biridir:

“Azərbaycan da İtaliya üçün eyni əhəmiyyətə malikdir. Azərbaycan İtaliyanın Cənubi Qafqazda bir nömrəli ticari tərəfdaşıdır.
Aİ-nin aparıcı iqtisadiyyatlarından biri olan İtaliya Azərbaycana xüsusilə enerji sektorunda mühüm tərəfdaş kimi baxır və Azərbaycanın Avropanın enerji resurslarının şaxələndirilməsində mühüm rol oynamasına şərait yaradır. Lakin bu əməkdaşlıq enerjidən də kənara çıxır. İki ölkə arasında əlaqələrin geniş miqyasını əks etdirən humanitar və mədəni layihələr də kifayət qədər çoxdur. İtaliya həm də Azərbaycanın ən dəyərli strateji layihəsi olan Cənub Qaz Dəhlizinin son nöqtəsidir. Cənab prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında da Azərbaycanın İtaliya ilə isti münasibətlərindən danışıb. Ölkə başçısının da qeyd etdiyi kimi İtalya Azərbaycan münasibətləri bundan sonra da hərtərəfli şəkildə inkişaf edəcək”.

//Gülnarə Abasova, Editor.az