Aprelin 21-nə planlaşdırılan futbol üzrə İtaliya çempionatının oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
A Seriyasının X* sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, matçların hansı tarixə dəyişdiriləcəyi daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, 88 yaşlı Papa Fransisk aprelin 21-də saat 7:35-də Vatikandakı iqamətgahında, Müqəddəs Marta Evində vəfat edib..
//Samir Qurbanov, Editor.az