İtaliya dəstəyini təkrarladı: “Ukrayna 2024-cü ildə G7-nin gündəminin mərkəzində olacaq”backend

İtaliya dəstəyini təkrarladı: “Ukrayna 2024-cü ildə G7-nin gündəminin mərkəzində olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya 2024-cü ildə G7-yə sədrlik dövründə Ukraynaya prioritet verməkdə davam edəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşü üçün Ukraynanın paytaxtı Kiyevə gələn İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib. O İtaliya hökumətinin Ukraynanın müdafiəsi və gələcək yenidən qurulmasına “inamlı dəstəyini” təkrarlayıb.

Tajani ədalətli sülh əldə olunana qədər Ukrayna xalqını dəstəkləyəcəklərini bildirib. İtaliyalı nazir onu da qeyd edib ki, İtaliya 2024-cü ildə G7-yə sədrliyi dövründə və 2025-ci ildə Ukraynanın Yenidənqurma Konfransına ev sahibliyi edəcəyi zaman Ukrayna məsələsinə üstünlük verməyə davam edəcək.

//Gülnarə Abasova, Editor.az