İtaliya Ukraynaya silah tədarükünü 2023-cü ildə də davam etdirəcəkbackend

İtaliya Ukraynaya silah tədarükünü 2023-cü ildə də davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Senatı (parlamentin yuxarı palatası) Ukraynaya hərbi yardımın göstərilməsini 2023-cü ilin sonuna qədər uzatmaq üçün hökumətin təqdim etdiyi qətnaməni böyük səs çoxluğu ilə təsdiqləyib.

Editor.az bildirir ki, bu barədə “La Repubblica” yazıb. Nəşrin məlumatına görə, İtaliyanın müdafiə naziri Gido Krosettonun təqdim etdiyi qətnaməni 143 senator dəstəkləyib, 29-u əleyhinə çıxarkən, bir nəfər bitərəf qalıb. İtaliya Senatının üzvləri təxminən eyni səslə Ukraynaya hərbi yardımın davam etdirilməsini tələb edən müxalifət (Demokratik Partiyası və “Aksiya” hərəkatı) blokunun iki qətnaməsini də dəstəkləyiblər. Solçular və “yaşıllar” tərəfindən Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı qətnamə rədd edilib.

Bu o deməkdir ki, 2023-cü il ərzində rus işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya hərbi texnika və avadanlıqlar italiyalı qanunvericilərin ayrıca bir razılığı olmadan veriləcək. Bu, dekabrın əvvəlində İtaliya hökumətinin dəstəklədiyi fərmana görə belədir.

İtaliyanın müdafiə naziri Guido Crosetto Senatda çıxışı zamanı bildirib ki, İtaliya Rusiya ilə sülh danışıqları başlayana qədər Ukraynaya silah tədarükünü davam etdirəcək. “Mən bilirəm ki, hərbi yardım gec-tez bitməlidir. Hamımızın ümid etdiyi sülh danışıqları başlayanda o da başa çatacaq”, – nazir Krosetto deyib.

//Samir Qurbanov,Editor.az