İtaliyada bu peyvəndin 55 yaşdan yuxarı insanlara vurulmaması tövsiyə olundubackend

İtaliyada bu peyvəndin 55 yaşdan yuxarı insanlara vurulmaması tövsiyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Aifa” Tibb Agentliyi Britaniya-İsveç şirkəti olan “AstraZeneca”nın koronavirusa qarşı peyvəndinin istifadəsini məqbul hesab edib.

Buna baxmayaraq, “Aifa” sözügedən peyvəndin vurulmasına hələlik rəsmi icazə verməyib.

Agentlikdən “AstraZeneca” peyvəndinin 18-55 yaş arasında olan insanlar üçün istifadəsi tövsiyə edilib.

Yerli “Corriere della Sera” nəşrinin yazdığına görə, hazırda ölkədə “Pfizer / BioNThec” və “Moderna” istehsalı olan peyvəndlərin ekvivalenti yoxdur.

//APA