İtaliyada minlərlə insan Ukraynaya silah göndərilməsinə və Rusiya əleyhinə sanksiyalara etiraz edirbackend

İtaliyada minlərlə insan Ukraynaya silah göndərilməsinə və Rusiya əleyhinə sanksiyalara etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Romada küçələrə çıxan nümayişçilər ölkə rəhbərliyinin iqtisadi siyasətlərinə və Ukraynaya davam edən silah daşınmasına etiraz ediblər.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada milli həmkarlar ittifaqları tərəfindən təşkil edilən yürüşdə iştirak edən etirazçılar ölkədəki iqtisadi vəziyyətdən narazılıqlarını ifadə edərək, maaşlarının artırılmasını tələb ediblər. Ukraynaya davam edən silah daşınmasına da etiraz edilən nümayişin əsas şüarı “Silahları endirin, maaşları artırın” olub.

Təşkilatçılar tərəfindən paylaşılan məlumatlara görə, etirazlara təxminən 10 min adam qatılıb. Nümayişlər zamanı NATO bayraqları da yandırılıb.Məlumatlara görə, Milanda da nümayişlər keçirilib.

//Gülnarə Abasova, Editor.az