İtaliyada qar uçqunu: Ölənlər varbackend

İtaliyada qar uçqunu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalında yerləşən Pyemont vilayətində, 2 800 metrdən çox yüksəklikdə yerləşən Traskera kəndi yaxınlığında üç nəfər qar uçqunu nəticəsində həlak olub.

Oxu.Az “Euronews”a istinadən xəbər verir ki, ərazi İtaliya-İsveçrə sərhədindəki Alp dağları silsiləsində baş verib.

Qeyd olunur ki, həyatını itirənlər xizək sürmək üçün zirvələrdən birinə qalxmağa çalışan şəxslər olub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.