İtaliyada quraqlıq səbəbilə 5 bölgədə fövqəladə vəziyyət elan edilibbackend

İtaliyada quraqlıq səbəbilə 5 bölgədə fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya son 70 ilin ən quraq dövrünü yaşayır. Hökumət ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini qarşılayan Po çayının sahilində yerləşən Emilia Romaqna, Friuli ,Venezia Giulia, Lombardiya, Piedmont və Veneto bölgələrində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət həmçinin sözügedən bölgələrə 36.5 milyon avro yardımı təsdiqləyib.

Hökumətdən verilən açıqlamaya görə, ayrılan vəsait quraqlıqdan əziyyət çəkən ailələrə veriləcək.

//Nəzərbəy Hacıağayev, Editor.az