İtaliyada təbii fəlakət: Stromboli vulkanı püskürdübackend

İtaliyada təbii fəlakət: Stromboli vulkanı püskürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İtaliyada Stromboli vulkanının püskürməsindən sonra sunami baş verib.

Editor.az xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb. Məlumata görə, vulkan zamanı güclü partlayışlar və böyük piroklastik axınlar qeydə alınıb ki, bu da kiçik lokal sunamiyə səbəb olub.

Nəşr bildirir ki, vulkan bölgəsində əvvəlcə seysmik təkanlar güclənib, daha sonra Şimal kraterindən lava püskürüb və bütün bunlar da intensiv partlayışlarla müşayiət olunub. Məlumatlara görə, axın sürətlə aşağı enərək dənizə çatıb və 1,5 metr hündürlüyündə yerli sunamiyə səbəb olub.

  //Samir Qurbanov, Editor.az