İtaliyada turistləri daşıyan qayıq batıb: 4 nəfər ölübbackend

İtaliyada turistləri daşıyan qayıq batıb: 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalında fırtınada turistləri daşıyan qayığın batması nəticəsində 4 nəfər ölüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, içərisində azı 25 nəfərin olduğu qayı batdıqdan sonra gölə düşən turistlərin bəziləri sahilə çıxa bilib.

Lombardiya Bölgəsinin prezidenti Attilio Fontana sosial media hesabındakı paylaşımında hadisəni pis hava şəraiti ilə əlaqələndirib. İtaliya yanğınsöndürmə briqadası 19 nəfərin xilas edildiyini, axtarış-xilasetmə helikopterlərinin köməyi ilə itkin düşənlərin axtarışlarının davam etdiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az