İtaliyanın müdafiə naziri Guido Crosetto əmindir ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişə uzun müddət davam edə və mülki əhali üçün dramatik nəticələrə səbəb ola bilər.
Editor.az bu barədə “La Stampa”ya istinadla xəbər verir.
“Avropalıların illüziyasına qapılmayın, müharibə təəssüf ki, uzun müddət davam edəcək. İsrail bir neçə gündür ki, söz verdiyini yerinə yetirir”, – deyə ölkənin MN rəhbəri izah edib. Crosettonun sözlərinə görə, İsrail Ordusu irəliləməyə davam edəcək.
//Gülnarə Abasova, Editor.az

