Mayın 28-də İtaliyada “Laqo Maggiore” motorlu yaxtanın qəzaya uğraması nəticəsində rusiya əsilli Anna Bojkova, İsrail kəşfiyyatının zabiti Şimon Erez və İtaliya kəşfiyyat xidmətinin iki mülki əməkdaşı Klaudio Alonzi və Tiziana Barnobi həlak olublar.
Editor.az bildirir ki, bu barədə İtaliyanın “VareseNews” nəşri məlumat verib. Yaxta ad günü şərəfinə şənlik ziyafəti üçün icarəyə götürülüb. Nəşrin məlumatına görə, onun göyərtəsində 25 nəfər olub. Onlardan bəziləri qəzadan sonra öz gücü ilə sahilə çıxa biliblər.
Digərləri isə xilasedicilər tərəfindən çıxarılıb. Ölənlərin cəsədləri dalğıclar tərəfindən aşkar edilib. Yerli prokurorluq hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb: ilkin məlumatlara görə, yaxta gözlənilməz qasırğa nəticəsində aşıb.
//Samir Qurbanov,Editor.az

