İtaliyada yoxa çıxan helikopterin göyərtəsindəki yeddi nəfərdən dördü Türkiyə vətəndaşı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Eczacıbaşı” holdinqi sərgi üçün İtaliyada olan dörd əməkdaşının həmin helikopterdə olduğunu bildirib.
Ötən gün gecə saatlarında dayandırılan axtarış-xilasetmə işləri bu gün səhər yenidən başlayıb.
Xatırladaq ki, ötən gün Luka şəhərinin Kapannori Tassiqnano aeroportundan havaya qalxan şəxsi helikopter bir müddət sonra Toskana və Emiliya-Romanya bölgələri arasında radarlardan itib. Helikopterin göyərtəsində bir italyan pilot, dörd türk və iki livanlı olmaqla ümumilikdə yeddi nəfər olub.

