UEFA Millətlər Liqasında 1-ci turun növbəti oyunları keçirilib.
Editor.az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç oynanılıb.
A liqasının 1-ci qrupunda İtaliya Bosniya və Herseqovina ilə bərabətə qalıb – 1:1. Niderland isə Polşaya qalib gəlib – 1:0.
Azərbaycan millisinin yer aldığı C liqasında isə Litva Qazaxıstana, Belarus Albaniyaya 0:2 hesabı ilə uduzub.
A liqası
1-ci qrup
22:45. İtaliya – Bosniya və Herseqovina – 1:1
Qollar: Stefano Sensi, 67 – Edin Ceko, 58
22:45. Niderland – Polşa – 1:0
Qol: Stiven Berqveyn, 61
B liqası
1-ci qrup
22:45. Norveç – Avstriya – 1:2
Qollar: Erlinq Holann, 66 – Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54-pen
22:45. Rumıniya – Şimali İrlandiya – 1:1
Qollar: Corce Puşkaş, 25 – Qevin Uayt, 86
2-ci qrup
22:45. Şotlandiya – İsrail – 1:1
Qollar: Rayan Kristi, 45 – Eran Zahavi, 73
22:45. Slovakiya – Çexiya – 1:3
Qollar: İvan Şrants, 88 – Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53-pen, Mixael Krmençik, 86
C liqası
4-cü qrup
20:00. Litva – Qazaxıstan – 0:2
Qollar: Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86
22:45. Belarus – Albaniya – 0:2
Qollar: Sokol Çikalleşi, 23, Keidi Bare, 79
Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu sabah Bakıda Lüksemburqa qarşı keçirəcək

