İtaliyanın müdafiə naziri təcili xəstəxanaya yerləşdirilibbackend

İtaliyanın müdafiə naziri təcili xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın müdafiə naziri Guido Crosetto təcili yardımla xəstəxanaya aparılıb.

Editor.az bu barədə İtaliyanın RAI News telekanalına istinadla xəbər verir.

Məlumata görə, müdafiə naziri ölkənin Ali Müdafiə Şurasının iclası zamanı xəstələnib. Həkimlər Crosettonun dərhal xəstəxanaya yerləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu çərçivədə nazir təcili yardımla San Karlodakı Roma xəstəxanasına göndərilib.

Hazırda nə Müdafiə Nazirliyi, nə də xəstəxana Crosettonun sağlamlıq vəziyyəti ilə bağlı şərh verməyib.

//Gülnarə Abasova, Editor.az