İtaliyanın xarici işlər naziri: İtaliyada heç kim Rusiya televiziyalarına baxmırbackend

İtaliyanın xarici işlər naziri: İtaliyada heç kim Rusiya televiziyalarına baxmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təbliğatı İtaliya üçün heç bir problem yaratmır. Çünki bu ölkənin sakinləri Rusiya televiziyasına baxmır və Ukraynanı dəstəkləyir.

Editor.az bildirir ki, bunu İtaliyanın xarici işlər naziri Antonino Tajani Münhen Təhlükəsizlik Konfransında Rusiya təbliğatının və dezinformasiyasının İtaliya cəmiyyətinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib: “İtalyanların 99%-i Ukraynanı dəstəkləyir. Mənim ölkəmdə Rusiya təbliğatı yoxdur, bu problem deyil”. İtaliyada Rusiya telekanallarının əlçatan olduğunu qeyd edən nazir əmin edib ki, onlara baxan yoxdur: “Biz Rusiya ilə yaxın deyilik.

Heç kim Rusiya televiziyasına baxmır, rus qəzetlərini oxumur. Bu, bizim üçün problem deyil”. Tajani həmçinin İtaliyanın rus oliqarxlarına, xüsusən də maliyyə sektoruna qarşı mübarizəyə sadiqliyini xatırladıb. Qeyd edək ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Ukrayna ilə bağlı son şərhlərindən sonra Avropa Xalq Partiyası mühafizəkar siyasətçilərin Neapolda planlaşdırılan görüşünü ləğv edib.

  //Samir Qurbanov,Editor.az