Xaçmaz rayon sakini, evdən çıxaraq geri qayıtmayan 13 yaşlı Sevinc Bəhram qızı Musayeva tapılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayon sakini, 13 yaşlı Sevinc Bəhram qızı Musayeva bu gün səhər 08:30-da repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
Oxu.Az kixəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupunun məlumatına görə, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.