İtkin düşən məşhur aktrisa ölü tapıldı – FOTObackend

İtkin düşən məşhur aktrisa ölü tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş gün əvvəl itkin düşən amerikalı aktrisa Lindsi Perlman ölü tapılıb.

“General Hospital” serialı ilə məşhurlaşan 43 yaşlı aktrisanın cəsədi Los-Ancelesdə tapılıb.

Bu barədə aktrisanın həmkarı olan həyat yoldaşı Vans Smit “Instagram”da yazıb:

“Polis Lindsini tapıb. O öldü. Məhv olmuşam”.

Polisə daxil olan məlumat əsasında Franklin Avenyuda tapılan meyitlə əlaqədar araşdırma başladılıb. Məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən tapılan meyitin məşhur aktrisa Lindsi Perlmana aid olduğu müəyyənləşib.