İtkin düşən uşaq bir həftə sonra kanalizasiyadan tapıldıbackend

İtkin düşən uşaq bir həftə sonra kanalizasiyadan tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Oldenburq şəhərindən bir həftədir axtarılan səkkiz yaşlı uşaq kanalizasiyadan sağ-salamat tapılıb.

Bu barədə “Metro” məlumat yayıb.

Səlahiyyətlilər ölkə daxilində geniş axtarışlar təşkil edib və yerli ovçular birliklərini və könüllüləri cəlb edib, lakin itkin düşən uşağı tapmaqda yoldan keçən bir nəfər kömək edib. Uşağın yoxa çıxmasından bir həftə sonra 43 yaşlı yerli sakin kanalizasiyadan yumşaq hönkürtü eşidib və polisə məlumat verib.

Xilasedicilər tələsik hadisə yerinə gələrək lyuku açıblar. Kanalizasiyada dizinə qədər suyun içində olan titrəyən bir uşaq tapıblar. Yanğınsöndürən kanalizasiyaya düşüb və uşağı çıxarıb, bundan sonra uşaq xəstəxanaya yerləşdirilib.

Uşaq soyuqdan əziyyət çəkib, amma huşunu itirməyib. Onun heç bir xəsarəti olmayıb və heç nə onun həyatına təhlükə yaratmayıb.

Uşağın tapıldığı kanalizasiya quyusu valideynlərinin evindən 20 metr aralıda yerləşir. Polis onun kanalizasiyaya hansı yolla düşdüyünü araşdırır. Yaxın vaxtlarda oğlan psixoloji cəhətdən hazır olduqdan sonra müstəntiqlər onunla danışacaqlar.