İtlərə dəhşətli işgəncə verənlərin ADLARI AÇIQLANDIbackend

İtlərə dəhşətli işgəncə verənlərin ADLARI AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər müəyyən ediliblər.

“Report”un məlumatına görə, polis əməkdaşları tərəfindən heyvanlarla rəhmsiz rəftar etdiklərinə görə Sədərək rayonunun Dəmirçi kənd sakinləri Kamil Xəlilov, Ümid Xəlilov və Elçin Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Həmçinin Ümid Xəlilovun narkotik vasitə istifadə etməsinə də əsaslı şübhələr müəyyən edildiyindən barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.