İvan Perişiç İngiltərədə oynayacaqbackend

İvan Perişiç İngiltərədə oynayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin yeni transfer edəcəyi ilə bağlı iddialar var.

Editor.az “sporx” a istinadən xəbər verir ki, “zadəganlar” İtaliyanın “İnter” klubunda çıxış edən İvan Perişiçi mövsümlər arası fasilədə heyətinə qatacaq. İtaliyanın mətbuatının məlumatına görə, mövsümün sonunda “İnter”lə müqaviləsi bitən Perişiç tezliklə “Çelsi”ilə yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu bu həftə İnterin heyətində 47 matçda forma geyinib. O, 47 oyunda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy, Editor.az