İvan Perişiç “Tottenhem” ilə müqaviləyə imza atacaqbackend

İvan Perişiç “Tottenhem” ilə müqaviləyə imza atacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” artıq ilk transferini həyata keçirmək üzrədir. Klubun yay transfer pəncərəsində ilk transferi İvan Perişiç olacaq.

Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Perişiç keçən bazar Londonda olub və onunla artıq razılıq əldə olunub. Razılaşmaya əsasən xorvatiyalı oyunçu klubda həftədə 210 min avro qazanacaq.

Xatırladaq ki, “Tottenhem”in hazırkı baş məşqçisi Antonio Konte 2020/2021-ci il futbol mövsümündə İtaliyanın “İnter” klubuna rəhbərlik edib. Həmin zaman İvan Perişiç də komandanın əsas oyunçularından idi.

Qeyd edək ki, bu mövsüm 33 yaşlı futbolçu “İnter”in heyətində çıxdığı 46 oyunda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az