İtaliyanın “İnter” klubunun yarım müdafiəçisi İvan Perişiç türk klublarının birindən ona gələn təklifi qeyri-şərtsiz rədd edib.
Editor.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, o, hətta transfer məbləği ilə maraqlanmayıb. Futbolçu məbləğin miqdarından aslı olmayaraq Türkiyədə oynamaq istəmədiyini bildirib.
Xatırladaq ki, Perişiç 2015-ci ildə 19 milyon avro qarşılığında “Volszburq”dan “İnter”ə transfer olunub.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi bu mövsüm 40 dəfə meydana çıxıb. O, rəsmi oyunlarda “İnter” forması ilə 5 qola, 6 məhsuldar ötürməyə imza atıb.
//Editor.az

