İvanka Tramp atasının seçki kampaniyası üçün 35 milyon dollar toplayıbbackend

İvanka Tramp atasının seçki kampaniyası üçün 35 milyon dollar toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp seçki kampaniyası boyunca olduqca fəaldır.

Editor.az xəbər verir ki, xanım Tramp atasının seçki kampaniyasına keçmiş prezident Barak Obamadan qat-qat artıq pul vəsaitini cəlb edə bilib.

“The Hill” saytının məlumatına əsasən, İvanka Tramp təkcə ötən həftə Kaliforniya və Detroydda ianə fonduna 13 milyon dollar pul qazandırıb.

Prezidentin qızı avqust ayından bu yana 30-dan çox tədbirə baş çəkib və onlardan 11-i ötən həftənin payına düşür. Son günə qədər İvanka Trampın sayəsində Donald Trampın kassasına 35 milyon dollar pul daxil olub.

ABŞ mediası İvanka Trampın xüsusilə kənd təsərrüfatı bölgələrinin qadınları ilə olduqca asanlıqla dil tapdığını və onların Donald Trampa olan münasibətini yumşaltdığını qeyd edir.

“İşləyən ana və karyerasını qadınların həyat şəraitinin yaxşılaşdırılmasına həsr edən bir qadın olaraq, İvanka bu gün amerikan ailələrinin qarşılaşdığı problemləri çox gözəl anlayır”,-deyə ABŞ prezidentinin seçki kampaniyasını böyük müşaviri Mersedes Şlapp ölkə mediasına danışıb.

//Musavat.com