İvano-Frankovsk vilayətində neft kəməri partlayıbbackend

İvano-Frankovsk vilayətində neft kəməri partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İvano-Frankovsk vilayətinin Nadvornyanski rayonunun Strymba kəndi yaxınlığında neft kəməri partlayıb. Hadisə nəticəsində yanğın baş verib

Editor.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin spikeri Aleksandr Xorunjiyə istinadən xəbər verir. Onun sözlərinə görə, hazırda üç zərərçəkən məlumdur.

“Nadvornyanski rayonunun Strymba kəndi yaxınlığında neft kəmərinin (diametri 150 mm) qopması, ardınca neft məhsullarının 100 kv.m əraziyə axın boyunca dağılması və yanma baş verib və yanğın fərdi evə yayılıb”, – Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir. Hazırda neft kəmərinin üzərindəki siyirtmələrin bağlandığı qeyd edilir. Hadisə yerində xilasedicilər işləyir.

//Samir Qurbanov, Editor.az