“İzləyicilər arasında olan bir pərəstişkardır” – Ailə qurduğu deyilən Sevincdən AÇIQLAMAbackend

“İzləyicilər arasında olan bir pərəstişkardır” – Ailə qurduğu deyilən Sevincdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün mediada rejissor Fuad Əlişovun keçmiş həyat yoldaşı aktrisa Sevinc Əliyevanın ikinci dəfə ailə qurması xəbəri yayılmışdı.

Aktrisa sosial media hesabında bu xəbərin yalan olduğunu və ikinci dəfə ailə qurmaq fikrinin olmadığını qeyd edib:

Dünən “ailə qurmağım” barədə xəbərlər oxudum. Açığı deyim, yalan yayılan bu məlumata çox pis oldum. Bir media işçisi mənimlə dəqiqləşdirmədən necə bu cür informasiya yaya bilər? Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam.
Hər kəsə bildirmək istəyirəm ki, həyatımda cəmi bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. Və ikinci dəfə ailə qurmaq barədə fikrim yoxdur. Evlənsəm belə bunu məndən biləcəksiz, xəbər portallarından yox.
İnformasiyada fotosu yerləşdirilən şəxsi isə tanımıram. İzləyicilər arasında olan bir pərəstişkardır. O da rəylərinə tez-tez rast gəlirəm, onun üçün üzü tanış gəldi.

Media işçilərindən xahiş edirəm, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də ki, məlumatı dəqiqləşdirməmiş paylaşmayın!

// big.az