Türkiyədə İzmir vilayətində yanğınları söndürərkən helikopter “Taxtalı” su anbarına düşüb. Bir ekipaj üzvü xilas edilib. Daha üç nəfərin axtarışları isə davam edir.
Editor.az bildirir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat verib. Ekipajla əlaqə sentyabrın 16-da saat 23.53-də kəsilib.
“Yoxlamadan sonra məlum olub ki, helikopter qəzaya uğrayaraq Menderes bölgəsində meşə yanğınını söndürmək üçün su çəkdiyi “Taxtalı” su anbarına düşüb”, – nazir deyib.
//Samir Qurbanov, Editor.az

