İzyum və Limanda şiddətli döyüşlər gedir: işğalçılar qaçırlarbackend

İzyum və Limanda şiddətli döyüşlər gedir: işğalçılar qaçırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın İzyum və Liman bölgələrində şiddətli döyüşlər davam edir. İşğalçılar və onların əlaltıları 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən şəhərlərdən qaçırlar.

Editor.az  xəbər verir ki, bu məlumatı Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday milli telemarafonun efirində paylaşıb.

“Onlar oğurlanmış əşyaları buraxıb, ailələrini yığıb gedirlər. Yeri gəlmişkən, hətta 2014-cü ildən işğal altında olan şəhərləri, Luqansk vilayətini də tərk edirlər. Biz həqiqətən də ümid edirik ki, yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin Kremennaya, Svatovo, Rubijne və s. yaşayış məntəqələrini necə azad edildiyini görə biləcəyik”, – Qayday bildirib.

Daha sonra LVHA rəhbəri Kremennayadakı vəziyyətdən danışıb: “İşğalçılar qaçırlar, “əməkdaşlar” da ya eyni şəkildə qaçır, ya da onu (Ukrayna bayrağını – UNİAN) götürməyə qorxurlar, çünki başa düşürlər ki, artıq hücumu dayandıra bilməzlər. Ola bilsin bu, bir-iki gün olmayacaq, amma bir həftə ərzində 100% ordumuz gələcək və Kremennayanın işğaldan azad edilməsi baş tutacaq. Buna görə də onlar sadəcə bayrağı götürməkdən qorxurlar və o bayraq hələ də dalğalanır”.

Qaydai ayrıca vurğulayıb ki, işğalçıların qaçması Ukrayna Silahlı Qüvvələrinin xidmətidir. Düşmənlər indi əsasən Luqanskda və ya Rusiyada gizlənməyə çalışırlar. “Bu, 100% qaçış deyil (işğalçılar – UNİAN), bu, 100% Ukrayna Silahlı Qüvvələrinin xidmətidir. Onlar şəhərlərə parada gedən kimi girmirlər, İzyumdə, Limanda şiddətli döyüşlər gedir və bu döyüşlər hələ də davam edir. Lakin rus qoşunlarının müəyyən hissələri və “LXR/DXR” qoşuunları Luqanska və ya Rusiya ərazilərinə doğru gedir”, – Qayday əlavə edib.

Xatırladaq ki, daha əvvəl LVHA rəhbəri Ukrayna Silahlı Qüvvələri döyüşçülərinin Lisiçanskın ətrafında göründüyünü bildirmişdi.

Prezident Volodimir Zelenski isə bildirmişdi ki, Limanda Ukrayna bayrağı mütləq asılacaq.

  //Samir,Editor.az