J.D. Vance: Trampın qələbəsi bəzi müttəfiqlərimizin sərbəst hərəkətinə son qoyacaqbackend

J.D. Vance: Trampın qələbəsi bəzi müttəfiqlərimizin sərbəst hərəkətinə son qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Respublikaçılar Partiyası tərəfindən vitse-prezidentliyə namizəd kimi irəli sürülən Ohayo ştatından senator J.D. Vance bəyan edib ki, keçmiş prezident Donald Tramp seçkilərdə qalib gəlsə, məcburiyyət olmadan heç bir müharibəyə girməyəcəklər və təhlükəsizlik sahəsində maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə pul ödəməyəcəklər.

Editor.az xəbər verir ki, Respublikaçılar Partiyasının qurultayında çıxış edən Vens belə deyib.

Vitse-prezidentliyə namizəd deyib: “Birlikdə biz müttəfiqlərimizin təhlükəsizlik üçün məsuliyyət yükümüzü paylaşmasını təmin edəcəyik. Amerikalı vergi ödəyicilərinin səxavətinə xəyanət edənlər üçün artıq pulsuz hədiyyələr yoxdur”.

//Gülnarə Abasova, Editor.az