Jalə Əliyeva: “Prezidentin Şuşaya səfəri həm siyasi, həm də mənəvi baxımdan böyük  əhəmiyyət kəsb edir”backend

Jalə Əliyeva: “Prezidentin Şuşaya səfəri həm siyasi, həm də mənəvi baxımdan böyük  əhəmiyyət kəsb edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın  Şuşaya tarixi  səfəri çox qürurverici hadisədir və  Azərbaycanın uğurlar siyahısına yazılan yeni bir qələbədir’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib .

Millət vəkili bildirib ki, Azərbaycan xalqının hər bir  nümayəndəsi tərəfindən xilaskar adlandırılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qədəm qoyması və  oradakı çıxışları zamanı dünyaya  çatdırdığı mesajların hər biri Azərbaycan dövlətinin gücünü, qüvvətini bir daha ortaya qoyur: ‘’Torpaqlarımızın işğaldan azad edilməsi şanlı ordumuzun gücü və xalqımızın səfərbərliyi hesabına baş tutdu.  Bu böyük  qələbənin arxasında qətiyyətli addımları və düzgün xarici siyasəti ilə bu nailiyyətlərə xalqının, ordusunun imza atmasına səbəb olan ölkə Prezidenti Cənab İlham Əliyev durur’’.

Jalə Əliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşa səfəri də elə kapitulyasiya bəyanatının imzalandığı ilk gündən işğaldan azad olunmuş torpaqlarımıza etdiyi digər səfərlər kimi tarixi səfər idi: ‘’ Qarabağın gözü olan Şuşa şəhəri hər zaman strateji, siyasi, iqtisadi və mədəni  əhəmiyyətə malik  bir bölgəmiz kimi qiymətləndirilib. Ölkə Prezidentinin məhz Şuşaya səfəri həm siyasi , həm də mənəvi baxımdan  ikiqat  əhəmiyyət kəsb edir. Cənab Prezident oraya gedərkən illərdən bəri güllələnmiş,  öz yarandığı torpaqlara həsrət qalan can yadigarı şəhid abidələrimizi də özü ilə birgə apardı. Bu da  səfərə daha böyük mənalar kəsb etdirir’’.

Son olaraq millət vəkili əlavə edib ki , Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri bütün dünyaya Azərbaycan bu bölgədə var olduğu və bundan sonra da var olacağı mesajını verir.

Gülnarə Abasova, Editor.az