Jelka Tsviyanoviç: “Bakıdakı zirvə görüşü dünyanın köməyə ciddi ehtiyacı olduğu bir vaxtda keçirilir”backend

Jelka Tsviyanoviç: “Bakıdakı zirvə görüşü dünyanın köməyə ciddi ehtiyacı olduğu bir vaxtda keçirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü yarandığı vaxtda olduğu kimi, bu gün də dünyanın xüsusi yardıma ehtiyacı olduğu bir vaxtda keçirilir”.

“Report” xəbər verir ki, bunu martın 2-də Bakıda keçirilən sammitdə çıxışı zamanı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç deyib.

“Bu sammit beynəlxalq ictimaiyyətin diqqətini postpandemiya dövründə bərpa probleminə, həmçinin pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün əlavə səylərin zəruriliyinə yönəltmək imkanı verir”, – o vurğulayıb.

Onun sözlərinə görə, yaşadığımız dünya heç də yaxşılığa doğru dəyişmir: “Beləliklə, pandemiya ciddi və uzunmüddətli nəticələrə, xüsusilə yoxsul ölkələrdə iqtisadi çətinliklərin artmasına səbəb olub”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri qeyd edib ki, pandemiya dövründə vaksin və tibbi ləvazimatların tədarükü ədalətsiz şəkildə bölüşdürülmüşdü.

O, həmçinin bildirib ki, dünya ölkələri dinc yanaşı yaşamaq, ərazi bütövlüyünə qarşılıqlı hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləməlidir.