Jerar Depardye Putinə qarşı?!backend

Jerar Depardye Putinə qarşı?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli Jerar Depardye Rusiyanın Ukrayna torpaqlarını işğal etməsini “dəlilik və özbaşınalığın son həddi” adlandırıb.

Bu barədə Editor.az “Qolos Ameriki”ya istinadən xəbər verir. Əvvəllər Vladimir Putinə heyran olduğunu bəyan edən və 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye indi də Rusiya prezidentini tənqid atəşinə tutub. Depardye Rusiyanın Ukraynaya təcavüzünü Putinin timsalında “dəlilik və özbaşınalığın son həddii” adlandırıb.

Aktyorun sözlərinə görə, Rusiya xalqı öz liderlərinin qəbuledilməz hərəkətlərinə görə məsuliyyət daşımır. Fransız aktyor onu da bildirib ki, aprelin əvvəlində Parisdə keçiriləcək üç konsertin biletlərinin satışından əldə etdiyi bütün gəliri müharibənin ukraynalı qurbanlarına dəstək üçün bağışlayacaq.

Xaırladaq ki, Depardye hələ martın 1-də döyüşləri dayandırmaq və danışıqlara başlamaq üçün çağırışlar etmişdi. Məşhur və qalmaqallı fransalı aktyor super varlılara tətbiq edilən yüksək vergi dərəcələrinə etiraz əlaməti olaraq Fransanı tərk etmiş və 2013-cü ilin yanvarında Vladimir Putinin əlindən Rusiya pasportunu almışdı. 2015-ci ildə Ukrayna Jerar Depardyeni müstəqil Ukraynanın mövcudluğunu inkar etdiyi aşağıdakı ifadələrinə görə “qara siyahı”ya salmış və beş il müddətinə ölkəyə girişinə qadağa qoymuşdu. “Mən Rusiyanı və Rusiyanın bir hissəsi olan Ukraynanı sevirəm”. O zaman Depardyenin bu ifadəsi SMİ tərəfindən geniş tirajlanmışdı. Aktyorun özü də heç vaxt belə açıqlamalar verdiyini inkar etmirdi və Putinlə dostluq münasibətlərindən məmnunluqla danışırdı.

Editor.az