Jerar Depardye Rusiyada restoran açırbackend

Jerar Depardye Rusiyada restoran açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor Jerar Depardye Rusiyada ilk restoranını açacaq. Restoran Novosibirskdə olacaq.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, aktyor həmçinin Novosibirskdə fəaliyyət göstərən “Fransa dadı” adlı şirkətinin pandemiya səbəbindən bağlandığı iddiasını təkzib edib.

Qeyd edək ki, bir neçə ildir Rusiya vətəndaşı olan Depardye Novosibirskdə qeydiyyata düşüb və məhz bu şəhərdə mədəni və biznes layihələri həyata keçirir.