“Jirinovski ilə “xüsusi əməliyyat” barədə danışdıq…” – LDPR sədri ölümündən əvvəl nə deyib?backend

“Jirinovski ilə “xüsusi əməliyyat” barədə danışdıq…”  LDPR sədri ölümündən əvvəl nə deyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq o dünyada özü ilə eyni ağılda və mənəviyyatda olan “tay-tuşları”na qovuşan Vladimir Jirinovskiylə vida mərasimində çıxış edən Xabarovsk Vilayətinin qubernatoru Mixail Deqtyaryov mərhum barədə “dəyərli” fikirlərini səsləndirib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, layiq olduğu yerə vasil olan Jirinovskini bir xeyli tərifləyən qubernator onunla sonuncu dəfə fevralın sonunda telefonla danışdığını bildirib: “O, artıq xəstəxanada idi. Biz çox ümid edirdik ki, sağalacaq. Onunla Ukraynadakı xüsusi əməliyyat barədə danışdıq. Əməliyyatı qızğın şəkildə dəstəklədi, çünki o, “rus dünyası”nın ideoloqu, rus xalqının müdafiəçisi idi”.

Xatırladaq ki, Jirinovski koronavirusa yoluxmuşdu və bir neçə cəhddən sonra nəhayət, aprelin 6-da rəsmən öldü.