“Jirinovski qocaldıqca ağlını və abırını itirir” – Hüquq müdafiəçisi Azərbaycan və Türkiyəyə yönəlik təhdidlərə cavab verdibackend

“Jirinovski qocaldıqca ağlını və abırını itirir” – Hüquq müdafiəçisi Azərbaycan və Türkiyəyə yönəlik təhdidlərə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və Türkiyə ilə bağlı açıqlamaları ictimaiyyətdə ciddi etirazlara səbəb olub. Azərbaycana münasibətdə hər zaman nifrətini boğa bilməyən 76 yaşlı Vladimir Jirinovski bu dəfə də “qırmızı xətti” keçdi.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Rusiyada Hüquq təhsili almış Əhməd Şahidov LDPR lideri Vladimir Jirinovskini və onun sərsəm açıqlamalarını Rusiyada da kimsənin ciddiyə almadığını bildirdi: “Vladimir Jirinovski və onun oğlu İqor özlərini millətçi rus kəsiminin rəhbərləri kimi təqdim etsələr də, əslində rus cəmiyyətində hər zaman sarkazmla qarşılanan adamlar sayılıblar. Bu baxımdan gündəmdə qalmağa çalışan Jirinovski qonşu ölkələrə, xüsusən də keçmiş Sovet İmperiyası tərkibində olmuş respublikalara yönəlik bəyanatlar verməklə, diqqəti özünə çəkməyə çalışır. Yaşı 76-ə çatıb, ağlı yerində deyil, danışdıqlarına görə heç bir məsuliyyət daşımadığı üçün ağlına və ağzına gələni danışır. Düşünürəm ki, Vladimir Jirinovskinin dediklərini ciddiyə almaq lazım deyil.”

Zaman-zaman LDPR liderindən bu tip açıqlamalar gəldiyinə diqqət çəkən Əhməd Şahidov bunun obyektiv səbəblərinin də olduğunu dedi: “Təbii ki, bütün dünyada Jirinovski kimilər narahatdır. Çünki, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Biz 44 günün içində torpaqlarımızı geri alan və müharibədə qələbə qazanan bir ölkəyik. Bugün regionda Azərbaycanın diqtəsi həlledici rola malikdir. Azərbaycan-Türkiyə birliyi çoxunun gözünə girir və girməkdə davam edəcək. Bizə paxıllıq edənlər çox olacaq. Bizə qarşı olanlara dəstək verənlər də olacaq. Necə deyərlər, arxamızca çox jirinovskilər hürəcək hələ. Biz karvanımızla yolumuza davam edirik. Azərbaycan Prezidenti İlham Əliyev bugün dünya səviyyəsində qəbul edilən Müzəffər bir liderdir. Min dənə jirinovski gəlsə, bizim Prezidentin qarşısında duruş gətirə bilməz.”

Rusiyalı siyasətçinin məlum açıqlaması ilə bağlı Rusiya tərəfinə rəsmi notanın verilməsinə toxunan Əhməd Şahidov belə sərsəm fikirlərin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirdiyini və Rusiyanın regiondakı sülhməramlı siyasətinə kölgə salmaqdan başqa bir işə yaramadığını da bildirdi: “Təbii. Hürən itin yiyəsinə sözümüzü deyirik. İnanıram ki, rəsmi Kreml rus siyasətçilərinin bu kimi açıqlamalarına nəzarət edəcək.”