“Jirinovski yenə səs toplamaq üçün hoqqabaz çıxışlarından əl çəkmir”- Deputatbackend

“Jirinovski yenə səs toplamaq üçün hoqqabaz çıxışlarından əl çəkmir”- Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jirinovski əqli cəhətdən idarə olunmaz, şizofrenik, böhtançı, şarlatan “siyasətçi”dir. Hal-hazırda Rusiyada Duma seçkiləri ərəfəsidir və Jirinovski yenə səs toplamaq üçün hoqqabaz çıxışlarından əl çəkmir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, bildirib ki, Vladimir Jirinovski debatlarda da öz həmkarları ilə çıxışı zamanı özünü idarə edə bilmir:

“Mən dəfələrlə onun debatlarını izləmişəm. Özünü bazar adamı kimi aparır. Çıxışlarında qarşısındakı insanı söyür, təhqir edir. Bu onun portiretinin başlıca əlamətləridir”.

Fəzail Ağamalı bildirib ki, Jirinovskinin Azərbaycan dövlətinə və siyasi liderinə qarşı söylədikləri hədyanların heç bir əsası yoxdur:

“Ölkə Prezidenti Cənab İlham Əliyev dünya miqyasında ən nüfuzlu dövlət xadimlərindən və siyasətçilərindən biridir. O, bütün siyasi platformalarda özünü təsdiq edib. İlham Əliyev Azərbaycanda demokratik prosesin inkişafına son dərəcə əhəmiyyətli töhfələr verən şəxsiyyətdir. Dünya miqyasında ədalətli, obyektiv siyasətçilər tərəfindən də o, praqmatik düşüncəyə malik, qətiyyətli, öz sözünü deyən siyasi lider kimi tanınır. Görünür, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Jirinovski kimi qeyri-ciddi, təlxək adamların yuxusunu ərşə çəkib. Onun kimi bir çox siyasətçilər hələ də Azərbaycanın müstəqil siyasət yeritdiyini həzm edə bilmir”.

//Gülnarə Abasova, Editor.az