Jirinovskinin İranla bağlı sensasion proqnozu üzə çıxdıbackend

Jirinovskinin İranla bağlı sensasion proqnozu üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya-ABŞ danışıqları ilə bağlı proqnozu ortaya çıxıb.

Bu barədə jurnalist Ruslan Ostaşko paylaşım edib.

Jirinovski İrana hücum ediləcəyini, bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını deyib.

“Onlar zərbə endirəcəklər — Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana zərbə endirildikdən sonra milyonlarla qaçqın olacaq, sonra Rusiya və ABŞ Prezidenti Soçidə oturub razılığa gələcəklər. Yalta (1945-ci il Yalta Konfransı) əvəzinə, Soçi olacaq”, – deyə siyasətçi bildirib.

Globalinfo.az