LDPR-in qurucusu Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Jirinovski (Eydelşteyn) siyasətçinin irsinə həsr olunan tədbirə daxil ola bilməyib.
Globalinfo.az xəbər verir ki, “Layf” nəşrinin məlumatına görə, tədbir Beynəlxalq elmi-ekspert forumunun qapalı platformasında keçirilib.
Təşkilatçılar əvvəlcədən ciddi qeydiyyat qaydalarının tətbiq olunduğunu bildiriblər və Oleqin adı iştirakçı siyahısında yer almayıb.
Məlumata əsasən, girişdə Oleq Jirinovskini tədbirə buraxmayıblar. O isə aqressiv davranaraq təşkilatçılardan onu içəri buraxmağı tələb edib. LDPR-in qurucusunun oğlu olduğunu xatırladıb, partiya lideri Leonid Slutski ilə görüş tələb edib. Eyni zamanda təşkilatçıları təhqir edib.
Hadisə yerinə gələn Rosqvardiya əməkdaşları vəziyyəti sakitləşdiriblər. Oleq Jirinovski mühafizə əməkdaşları ilə birlikdə binanı tərk edib. Onun saxlanılmadığı bildirilib.


