Josef Borrell: Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaqbackend

Josef Borrell: Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Ukraynaya dəstəyi heç vaxt zəifləməyəcək.

Editor.az bildirir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borrell dekabrın 29-da Rusiyanın növbəti raket hücumundan sonra Twitter-də yazıb: “Rusiyanın Ukraynaya növbəti mənasız kütləvi raket hücumu, infrastrukturu və tibb müəssisələrini dağıdıb, qəsdən mülki insanları hədəfə alıb və öldürüb”.

Lakin o, Aİ-nin Ukraynaya dəstəyini dayandırmayacağına söz verib: “Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq. Bizim Ukraynaya dəstəyimiz səngimədən davam edəcək”, – Aİ diplomatiyasının rəhbəri bildirib.

 //Samir Qurbanov, Editor.az