Josep Borrell: Avropa Birliyi Rusiyadan enerji asılılığından tamamilə qurtulubbackend

Josep Borrell: Avropa Birliyi Rusiyadan enerji asılılığından tamamilə qurtulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi Rusiyadan enerji asılılığından tamamilə qurtulub.

Editor.az bildirir ki, bunu “Diario” qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib: “Bir neçə ay ərzində biz Rusiya Federasiyasının illərlə yaratdığı enerji asılılığını aradan qaldırdıq”, – o vurğulayıb. Avropa diplomatiyasının rəhbəri Aİ-nin qiymət artımının son dərəcə gərgin fazasından keçdiyinə diqqət çəkib.

Lakin indi onlar 2022-ci ilin fevralından əvvəlki dəyərlərə qayıdıblar. “Avqustdakı kritik zirvə əsasən bazarlardakı spekulyativ gərginliklə bağlı olub”, – o əlavə edib. Borrell enerji bazarındakı gərginliyin artıq Ukrayna hadisələri ilə əlaqələndirilə bilməyəcəyi fikrini də ifadə edib: “Bu, enerji sektorunda struktur problemidir və xüsusən də qaz və elektrik enerjisinin qiymətləri arasındakı əlaqədir”, – Boroll deyib. O, tezliklə Avropa Komissiyasının vəziyyəti düzəltməyə yönəlmiş təkliflər alacağını gözləyir.

  //Samir Qurbanov, Editor.az