Avropa diplomatiyasının rəhbəri Josep Borrellin sentyabrın 7-də Gürcüstana iki günlük səfəri başlanacaq.
Onun hazırkı vəzifəsində ölkəyə ilk səfəri Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə etməyə, daha geniş spektrli xarici siyasət və regional məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək.
Editor.az bildirir ki, bu barədə AB Xarici Xidmətindən məlumat veriblər. Hesabatda həmçinin qeyd olunur ki, avropalı diplomat Tbilisidə barəsində “impiçment” prosesi başlayan prezident Salome Zurabişvili ilə də danışıqlar aparacaq. Borrellin daha bir görüşü hökumət başçısı ilə olacaq. Görüşlərin nəticələrindən sonra Avropa diplomatiyasının rəhbəri və İrakli Qaribaşvili bəyanatlarla çıxış edəcəklər.
//Samir Qurbanov, Editor.az

