Josep Borrell: “İsrail-Fələstin probleminin iki dövlətli həlli üçün Türkiyə ilə görüşməyə hazırıq”backend

Josep Borrell: “İsrail-Fələstin probleminin iki dövlətli həlli üçün Türkiyə ilə görüşməyə hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İsrail-Fələstin müharibəsi ilə bağlı fikir bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Borrell İsrail-Fələstin münaqişəsinin iki dövlətli həlli üçün Türkiyəyə ilə təmasa keçməyə hazır olduqlarını bildirib.

Borrell və Aİ Komissiyasının bölməsindən məsul üzv Oliver Varhelyi birgə mətbuat konfransında “AB-Türkiyə Siyasi, İqtisadi və Ticarət Əlaqələrinin Vəziyyəti” adlı hesabatları açıqlayıblar.

Müxbirin “İsrail-Fələstin münaqişəsinin həllində Türkiyənin üzərinə götürə biləcəyi rol” sualına cavab verən Borrell Türkiyənin münaqişənin həllində mühüm rol oynadığını bildirib:

“Biz Türkiyəni Liviyada görürük, Türkiyəni Somalidə görürük. Hətta Türkiyənin Venesuela məsələsilə maraqlandığını belə görürəm. Bəs Türkiyə Yaxın Şərq sülh prosesində necə rol oynamasın? Bu arada o, öz marağını göstərir. Biz regionun bütün müvafiq aktorları ilə əlaqələr qurmağa hazırıq. Biz ərəb dünyasının nümayəndələri ilə görüşürük. Türkiyə ilə “iki dövlətli həll”ə gətirib çıxaracaq siyasi danışıqlar üsullarını müzakirə etməyə də hazırıq”.

Borrell həmçinin Aİ-nin Türkiyə ilə mümkün olan bütün sahələrdə daha çox əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

//Səbinə Hüseynli, Editor.az