Josep Borrell: Rusiya beynəlxalq aləmdə mövqelərini itiribbackend

Josep Borrell: Rusiya beynəlxalq aləmdə mövqelərini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Ukraynanın taxıl tədarükünə hücumları münaqişədən uzaq ölkələrə təsir etdiyi üçün Rusiya beynəlxalq aləmdə mövqelərini itirib.

Editor.az bildirir ki, bunu avqustun 31-də Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell CNN-ə istinadən bildirib.

Onun fikrincə, Rusiyanın Afrika liderləri ilə görüşü “tam diplomatik uğursuzluqdur” və Rusiya “beynəlxalq aləmdə öz mövqeyini itirib”.

Borrell əlavə edib ki, Aİ nazirləri Putinin öz aqressiyası ilə təkcə Ukraynaya deyil, minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrə də zərər vurması ilə razılaşıblar”.

O, əlavə edib ki, Aİ ilk dəfədir ki, “bu ölkələrin Rusiyanı biərəkdən qida məhsullarını silaha çevirdiyinə görə günahlandırdığını” görür.

//Samir Qurbanov, Editor.az