Josep Borrell Rusiyanın G20-dən çıxarılmasının əleyhinə çıxdıbackend

Josep Borrell Rusiyanın G20-dən çıxarılmasının əleyhinə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiyanın G20-dən çıxarılmasının çoxtərəfli münasibətlər prinsipinə zidd olacağını bildirib.

Editor.az bildirir ki, Nyu-Dehlidə deyib və onun bu çıxışı ORF YouTube kanalında yayımlanıb. Borrel deyib: “Siz çoxtərəfli əməkdaşlıq prinsipini irəli sürüb sonra da Rusiyadan G20-dən çıxmasını tələb edə bilməzsiniz. Olduqca ziddiyyətlidir, elə deyilmi?”, – Borrell qeyd edib.

Xatırladaq ki, Rusiya hərbi əməliyyatları başlayandan sonra Ukrayna dəfələrlə bəyan edib ki, Rusiya G20-dən kənarlaşdırılmalıdır. Dekabrın 6-da ABŞ Senatı ölkənin 2023-cü il üçün müdafiə büdcəsini təsdiqləyib. Büdcənin izahat materiallarında qeyd olunur ki, Vaşinqton Rusiyanı bir sıra beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən kənarlaşdırmaq niyyətindədir.

Kreml sənədi qarşıdurma adlandırıb və bəyan edib ki, bu cür hərəkətlər Avropa qitəsində vəziyyətin sabitliyini poza bilər. Çin də Rusiyanın G20-dən çıxarılmasına etiraz edir.

  //Samir Qurbanov,Editor.az