Josep Borrell Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıbbackend

Josep Borrell Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiya Federasiyasından olan 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etməyi təklif edir.

Editor.az bildirir ki, bu barədə Borrelin Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketinə dair təkliflərin təqdimatı ilə bağlı bəyanatında deyilir: “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasında oynadıqları rola görə təxminən 100-ə yaxın əlavə fiziki və hüquqi şəxsə sanksiya tətbiq etmək üçün Aİ Şurasına təkliflər siyahısını göndərirəm”, – Borrell bildirib. Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bu təkliflər arasında hərbi fəaliyyət, siyasi qərarlar, təbliğat və dezinformasiyaya cavabdeh olanlar var.

O əlavə edib ki, Rusiyada ukraynalı uşaqların vəhşicəsinə oğurlanması, deportasiyası və zorla övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara, habelə Ukrayna resurslarının talanmasına töhfə verənlərə qarşı sanksiyaların tətbiqi təklif edilir.

  //Samir Qurbanov, Editor.az