Josep Borrelli bu xanım əvəz edəcəkbackend

Josep Borrelli bu xanım əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın baş naziri Kaja Kallas Josep Borrelin yerinə Aİ diplomatiyasının rəhbəri olacaq.

Editor.az bildirir ki, bu barədə DPA xəbər yayıb. Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta isə Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəz edəcək.

“Politico” bildirib ki, namizədlər Yunanıstan, Polşa, İspaniya, Hollandiya, Almaniya və Fransa tərəfindən təsdiqlənib. İyunun 27-də Avropa Komissiyasının rəhbəri vəzifəsinə yeni müddətə namizədliyi irəli sürülən Kaya Kallas, Antonio Kosta və Ursula fon der Leyenin namizədliyi Aİ dövlət başçılarına təqdim olunacaq.

FAZ-ın məlumatına görə, namizədləri təsdiq etmək üçün ölkə liderlərindən azı 20 səs toplamaq lazımdır. Bundan əlavə, Ursula fon der Leyenin namizədliyi iyulun 15-də Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

//Samir Qurbanov, Editor.az