Josep Borrellin “mərmisi” tükənibbackend

Josep Borrellin “mərmisi” tükənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı mart ayına qədər Ukraynaya söz verdiyi milyon əvəzinə cəmi 500 min artilleriya mərmisi verə biləcək.

Editor.az bildirir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ müdafiə nazirlərinin görüşündən sonra deyib. “Keçən mart ayından bu ilin əvvəlinə qədər 330 min döyüş sursatı təhvil verdik.

Beləliklə, hədəfin üçdə biri, əsasən də mövcud ehtiyatlardan götürülmüş mərmilər var. Mart ayına qədər bu rəqəmin 200 mindən çox artacağını, bununla da 500 mindən çox olacağını gözləyirəm. Bu, hədəfin yarıdan çoxu olacaq”. Borell işin daimi bir proses olduğunu vurğulayıb.

“Avropa müdafiə maşını işləyir və ilin sonuna qədər planlaşdırılan tədarüklər bir milyon mərmini keçəcək. Yaxın aylarda təchizat vəziyyəti yaxşılaşacaq”, – qeyd edib. Borrell onu da əlavə edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Avropanın istehsal gücü 40% artıb: “Bu gün Avropanın döyüş sursatlarının istehsal gücü ildə bir milyon mərmi təşkil edir.

Amma ilin sonuna qədər bu rəqəm artaraq, 1,4 milyon olacaq.

//Samir Qurbanov, Editor.az